Müasir texnologiya ilə mərmər, qranit və digər daşlara həyat verən Dəvəli, Açıq Səhmdar Cəmiyyəti kimi, 2001-ci ildən fəaliyyət göstərir.
Dəvəli ASC, zavodlarını inkişaf etmiş ölkələrin maşınqayırma sənayesinin müasir maşınları ilə təchiz etməklə ölkə sənayesinin inkişafına öz töhfəsini verir.
Dəvəli, ölkəmizdəki səmərəli, yüksək istehsal gücünə malik zavodları sayəsində daim keyfiyyətli məhsulu sizlərə təqdim edir.
Dəvəli dünya standartlarında, keyfiyyət, davamlı istehsalat və qabaqcıl texnologiya ilə geniş məhsul çeşidi sayəsində həm standart, həm də müştəriyə xas istehsal həyata keçirərək sektora müasir həllər təklif edir.
Mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar, mətbəx və vanna otaqları üçün xüsusi dizaynlar kimi geniş həcmli məhsullar istehsal edən Dəvəli ASC, Azərbaycandan əlavə, dünyanın bir çox fərqli bölgələrinə də öz məhsullarını ixrac etmək gücünə malikdir.